Yazını böyüt
Yazını kiçilt
Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.
Hafta.az xəbər verir ki, "Araz-Naxçıvan" da cavab matçına çıxıb.
Elmar Baxşıyevin komandası Kiprdə "Omoniya"nın qonağı olub. Görüş Naxçıvan təmsilçisinin böyük hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasındakı çıxışını dayandırıb.
14 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
“Omoniya” (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan) - 5:0
Qollar: V.Semedo, 9; S. Jovetiç, 22; Evandro, 30, 45+4; Musialovski, 79
İlk oyun - 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu